Ana Sayfa > Karusel / Qadınlar / M2 > Ramazanda reflüks olmamaq üçün... - TÖVSİYƏ

Ramazanda reflüks olmamaq üçün... - TÖVSİYƏ


28-06-2015, 20:17. Yazar: Xeberaz
Ramazanda reflüks olmamaq üçün... - TÖVSİYƏ

Reflüks mədənin turşu və qida tərkibinin yemək borusuna geri qayıtmasıdır. Demək olar ki, hər kəsdə gün ərzində qısamüddətli reflüks yaşanır. Bu, normal bir haldır. Ancaq mədə turşuluğu şikayətə, yaxud yemək borusunda fəsadlara yol açarsa, bu, reflüks xəstəliyi adlanır.
Oruc tutanların qida vərdişləri dəyişdiyindən yaşaya biləcəyi sağlıq problemlərindən biri də reflüksdür. Aile.lent.az ramazan ayını reflüks şikayəti olmadan başa vurmanız üçün tövsiyələr təqdim edir.
Ramazan ayı sadəcə həzm sistemi üçün deyil, bütün bədən üçün dincəlmə, istirahət dövrüdür. Ona görə bu ayda bütün orqan sistemlərinin sağlamlığının qorunması üçün düzgün bəslənmək vacibdir.

İmsaka qədər yatın

Ramazanda etməli olduğunuz gecə tez yatıb, imsakda oyanıb yemək yedikdən sonra yenidən yatmadan günə başlamaqdır. Ancaq təəssüf ki, oruc tutanlar imsaka qalxdıqdan sonra mədəsi dolu halda yenidən yatırlar.
Yatar vəziyyətdə qida və turşu ilə dolu mədədən qida borusuna reflüks keçməsi qaçılmaz bir problemdir.
İmsakda yeməkdən sonra yatacaqsınızsa, mütləq yüngül, zeytun yağlı və tərəvəzli yeməklərə üstünlük verin. Qaynamış yumurta, az duzlu zeytun və pendir, eyni zamanda yaşıl bibər, xiyar və cəfəri yeyin. Ağ çörək, unlu qidalar və mürəbbə kimi qidalardan qaçın.

İftarda da qidalanmanıza diqqət etməniz lazımdır. Yeməyə hücum çəkməyin. Gün boyu maye itkisi yaşandığı üçün ilk olaraq bir stəkan soyuq olmayan su və şorba (mərci, tərəvəzli, ədviyyatsız və tomatsız) için. Bu yeməklər qan şəkərinin yüksəlməsinə və mədənin tez doymasına kömək edir.
Həzmi asan olan tərəvəz və zeytun yağlı yeməklər yeyin. Ət, balıq sobada bişirilməlidir. İstiot başda olmaqla, tomat, ketçup kimi qatqılı maddələrdən minimum istifadə edin, zeytun yağı və kərə yağı miqdarını çox aşmayın. /aile.lent.az/
Geri dön