Ana Sayfa > Karusel / Gündəm > KİV-də Lütfi Zadənin ölümü ilə bağlı yalan xəbər yayılıb

KİV-də Lütfi Zadənin ölümü ilə bağlı yalan xəbər yayılıb


13-08-2017, 11:19. Yazar: Xeberaz
KİV-də Lütfi Zadənin ölümü ilə bağlı yalan xəbər yayılıb
Bu gün bəzi KİV-lərdə ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.
Xəbəraz.Az” xəbər verir ki, Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova azvision.az-a açıqlamasında məlumatı təkzib edib:
“Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır”, - deyə Şahnaz Şahbazova vurğulayıb.
Qeyd edək ki, azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.


Geri dön