Ana Sayfa > Karusel / Gündəm > Bazar günü Azərbaycanda hava necə olacaq? - NAZİRLİK AÇIQLADI

Bazar günü Azərbaycanda hava necə olacaq? - NAZİRLİK AÇIQLADI


12-08-2017, 13:22. Yazar: Xeberaz


Avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında da sabah hava şəraiti yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Geri dön