Ana Sayfa > Karusel / Hadisə / Dünya > Misirdə iki qatar toqquşdu - 36 ölü, 120 yaralı

Misirdə iki qatar toqquşdu - 36 ölü, 120 yaralı


11-08-2017, 23:05. Yazar: Xeberaz



Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.
 
Qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.


Geri dön