Ana Sayfa > Karusel / Dünya / M2 > Ramazan təhqir olundu, 5 müsəlman öldürüldü – Almaniyada

Ramazan təhqir olundu, 5 müsəlman öldürüldü – Almaniyada


28-06-2015, 19:07. Yazar: Xeberaz
Ramazan təhqir olundu, 5 müsəlman öldürüldü – Almaniyada


Bu gün gecə Almaniyanın Köln şəhərində müsəlmanlara qarşı dini ayrı-seçkilik zəminində təxribat baş verib. Belə ki, sözügedən şəhərdə yaşan müsəlmanlarla bir qrup tələbə arasında kütləvi toqquşma olub.

Xeberaz.az `focus.de`-yə istinadən xəbər verir ki, tərəflər arasında dava zamanı beysbol zopası və dəyənəklərdən istifadə olunub, son məlumata görə 4 nəfər ölüb, 2 nəfər isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Güman olunur ki, təxribat qrupu 30 nəfərdən ibarət olub. Şahidlərin dediyinə görə bir qrup tələbə isə sonrada gərələk kütləvi davaya qoşulub.

Almaniyanın `Focus` jurnalı əlavə olaraq bildirir ki, digər alman vətəndaşları məsələyə müdaxilə etməyiblər. Güman edilir ki, dava Ramazan ayının məsxərəyə qoyulması nəticəsində başlayıb.

Xatırladaq ki, son həftələrdə Almaniyada bu kimi təxribatların sayı durmadan artmaqdadır. Əsasən Hamburg, Drezden və Berlin kimi şəhərlərdə buna bənzər hadislər intensivləşib.

Geri dön