Ana Sayfa > Karusel / Siyasət / Dünya > Tramp: “İranın davranışı sazişə ziddir”

Tramp: “İranın davranışı sazişə ziddir”


11-08-2017, 10:41. Yazar: Xeberaz




İranın davranışı nüvə razılaşmasına ziddir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
 
“İran nüvə sazişinin ruhuna uyğun davranış nümayiş etdirmir”, - deyə Tramp qeyd edib.  
 
Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.  
 
BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   


Geri dön