Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Azərbaycan müğənnisinin son görüntüsü - Foto

Azərbaycan müğənnisinin son görüntüsü - Foto


10-08-2017, 16:04. Yazar: Xeberaz
Azərbaycan müğənnisinin son görüntüsü
“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. 
Ifaçının çox arıqladığı diqqətdən qaçmayıb.
Məsələ ilə bağlı müğənni bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.
 
Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı. 
 


Geri dön