Ana Sayfa > Karusel / İdman > “Heç olmasa “İnter”ə “Zabrat” adını qoyaydılar” - Eks-prezident

“Heç olmasa “İnter”ə “Zabrat” adını qoyaydılar” - Eks-prezident


9-08-2017, 22:56. Yazar: Xeberaz
“Heç olmasa “İnter”ə “Zabrat” adını qoyaydılar”
Bakının “İnter” klubunun sabiq prezidenti Georgi Nikolov sosial şəbəkədə maraqlı paylaşım edib.
Xəbəraz.Az” xəbər verir ki, “İnter”in adının “Keşlə” ilə əvəzlənməsinə toxunan Nikolov bu haqda kinayəli status yazıb.
O, komandanın yeni adının “Zabrat” olmasını daha məqbul sayır:
““İnter”ə 10 ildir davam edən hücumlar axır ki, uğurla nəticələndi. Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. İstənilən halda, keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidir”.
Qeyd edək ki, 2006-cı ildən klubda prezident postunu tutan bolqarıstanlı futbol adamı 2015-ci ilin dekabrında “İnter”dən kənarlaşdırılmışdı.
Geri dön