Ana Sayfa > Karusel / İdman > Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu - Futbolumuzda bir ilk

Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu - Futbolumuzda bir ilk


9-08-2017, 14:04. Yazar: Xeberaz


Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.
Bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb.
T.Əhmədova "Səbail"də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib. 
T.Əhmədova futbol tariximizə düşüb. O, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.  
Geri dön