Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Nail Allahverdiyevin vurduğu Türkiyə vətəndaşları “Gülhane” xəstəxanasına köçürüldü

Nail Allahverdiyevin vurduğu Türkiyə vətəndaşları “Gülhane” xəstəxanasına köçürüldü


9-08-2017, 13:42. Yazar: Xeberaz


Bakıda “Mercedes-Gelandewagen” markalı avtomobillə törədilən qəza zamanı xəsarət alan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş Ankaradakı xəstəxanaya aparılıb.
Bu barədə yaralıların müalicə olunduğu “Baku Medical Plaza”nın həkimi Lalə Şəkərova məlumat verib.
L.Şəkərova bildirib ki, onlar iki gün bundan əvvəl öz istəkləri ilə Ankaradakı Belek Sağlamlıq Mərkəzinə (keçmiş Gülhanə xəstəxanası) göndərilib.
O qeyd edib ki, yaralı Mutallib Tekiş reanimasiya şöbəsində idi: “Onun xanımı isə əməliyyat olunmuşdu və səhhəti qaydasında olduğu üçün stasionara buraxılmışdı. Həmin xəstələr bizə 1 saylı Kliniki Tibbi Mərkəzdən gətirilmişdi. Songül Tekişinin onurğasının sınması ilə bağlı səsləndirilən fikirlər əsassız idi. O, sadəcə əməliyyat olunmuşdu. Onların hər ikisinə politramma diaqnozu qoyulmuşdu”. (“Report”)
Geri dön