Ana Sayfa > Karusel / Şou-Biznes / Məşhurların Taleyi > Milyarder Abramoviç boşanır: ilin ən bahalı boşanması olacaq

Milyarder Abramoviç boşanır: ilin ən bahalı boşanması olacaq


8-08-2017, 12:16. Yazar: Xeberaz

Rusiyalı milyarder, Britaniyada yaşayan Roman Abravomiç xanımı Darya Jukova ilə boşanır.
50 yaşlı R.Abramoviç və 36 yaşlı D.Jukova bununla bağlı birgə bəyanat da yayıblar.
"10 illik birgə həyatdan sonra ayrılmağımızla bağlı çətin qərar verdik. Lakin yaxın dostlar, iki gözəl övladın valideynləri, birlikdə başlayaraq inkişaf etdirdiyimiz layihələrdə tərəfdaş olaraq qalacağıq", - bəyanatda deyilir.
R.Abramoviç və D.Jukova övladlarını - 7 yaşlı Aaron Aleksandrı vəç 4 yaşlı Leyanı birgə böyüdəcəklərini də vurğulayıblar.
Darya Jukova rusiyanın neft maqnatı, milyarder Aleksandr Jukovun qızıdır. O, R.Abramoviçlə 2005-ci ildə, 23 yaşı olanda tanış olub.
Həmin vaxtda R.Abramoviç ikinci nikahda idi və İrina Malandina ilə evli idi. 16 il davam etmiş bu nikahda rusiyalı milyarderin 5 övladı doğulub.
2007-ci ilin martında Abramoviç Malandina ilə boşanıb. Malandina "təzminat" qismində 300 milyon dollar, İngiltərənin Uest-Sasseks qraflığında malikanə, Londonda iki superlüks apartament, Fransada "Shateau de la Croe" qəsrini, özəl reaktiv təyyarə və yaxta almışdı.
Roman Abramoviç 9,2 milyard dollarlıq sərvət sahibidir.
Darya Jukovanın boşanmadan sonra minimum 2 milyard dollar təzminat alacağı gözlənilir.
Bu isə dünya tarixində ən bahalı boşanma olacaq.


Geri dön