Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Kolleclərə qəbulun nəticələri açıqlandı

Kolleclərə qəbulun nəticələri açıqlandı


7-08-2017, 20:34. Yazar: Xeberaz
Kolleclərə qəbulun nəticələri açıqlandı
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
 
Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma
faizi
Azərbaycan
bölməsi
Rus
bölməsi
Bölmələr
üzrə cəmi
Dövlət (ödənişsiz)42793924191411596.17
Dövlət (ödənişli)50634098141423983.73
Özəl11256311864957.69
Cəmi104678653350900386.01
 
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
Geri dön