Ana Sayfa > Karusel / İdman / M2 / Fotogalereya > İdmançımızda dopinq aşkarlandı- Rəsmi açıqlama

İdmançımızda dopinq aşkarlandı- Rəsmi açıqlama


28-06-2015, 15:48. Yazar: Xeberaz

İdmançımızda dopinq aşkarlandı- Rəsmi açıqlama
“Azərbaycanı təmsil edən atlet Çaltu Bejidən götürülmüş dopinq-testin Rusiyanın paytaxtı Moskvada aparılmış analizinin nəticəsi müsbət olub”

Xeberaz.az xəbər verir ki, bu barədə report-a Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, iyunun 21-də çıxış etdiyi 3000 metr məsafəyə qaçış yarışında birinci yeri tutmasından dərhal sonra PWS şirkətinin mütəxəssisləri Bejidən dopinq analizi götürüb. İ.Rüstəmzadə müayinə nəticəsində həm A, həm də B testinin müsbət nəticə verdiyini bildirib. 19 yaşlı efiopiyalı legionerdə "osterin" maddəsi aşkarlanıb.

İ.Rüstəmzadə deyib ki, Bejini 4 ilədək cəza gözləyir. Bununla yanaşı, olayın səbəbkarlarının aşkarlanması üçün araşdırma aparılacaq. Nazirlik rəsmisi günahı sübut olunanların cəzalandırılacağını bildirib.

Qeyd edək ki, bu, I Avropa Oyunlarında ikinci dopinq qalmaqalıdır. Daha öncə Albaniya millisinin boksçusu Reşildo Zeneli dopinq-testdən keçə bilmədiyi üçün Oyunlardan kənarlaşdırılıb.
Geri dön