Ana Sayfa > Karusel / Siyasət / Dünya > Rusiya dollara müharibə ELAN ETDİ

Rusiya dollara müharibə ELAN ETDİ


7-08-2017, 17:15. Yazar: Xeberaz
Rusiya dollara müharibə ELAN ETDİ
Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq öz iqtisadiyyatının dollardan asılılığını azaldacaq.
Bu haqda Rusiya KİV-inə müsahibəsində ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O əlavə edib ki, buna zərurət var.
Xatırladaq ki, ABŞ Konqresi iki həftə əvvəl Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib. Sənəd artıq prezident Donald Tramp tərəfindən imzalanıb. Məhdudiyyətlərin yeni paketi 2014-cü ilin əvvəlindən sonra ən genişmiqyaslı olub. Sənəd əsasən Rusiyanın energetika sektorunu hədəf alır.
Moskva ABŞ Konqresinin qəbul etdiyi qanundan sonra sentyabrın 1-nə qədər ölkədəki amerikalı diplomatların sayının 455-ə endirilməsini istəyib. Bu halda 755 diplomat və texniki əməkdaş sentyabrın 1-nə qədər Rusiyanı tərk etməlidir.
Geri dön