Ana Sayfa > Karusel / Hadisə > Gözəllik salonunda qadınlar arasında saçyoldu - NƏRİMANOVDA

Gözəllik salonunda qadınlar arasında saçyoldu - NƏRİMANOVDA


6-08-2017, 17:13. Yazar: Xeberaz


Bakıda gözəllik salonunda qadınlar arasında dava-dalaş düşüb. 
 
Xəbəraz.Az  Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu Həsənoğlu küçəsi 14 ünvanındakı salonda 1973-cü il təvəllüdlü Xuraman Əbdürrəhimova ilə 1992-ci ildə anadan olmuş Tünzalə Şəfiyeva arasında mübahisə münaqişəyə çevrilib. Onlar bir-birlərinə xəsarətlər yetiriblər və daha sonra hadisə barədə polisə məlumat verərək şikayət ediblər.
 
Xuliqanlıq hadisəsi ilə bağlı araşdırma aparılır.
Geri dön