Ana Sayfa > Karusel / Gündəm / İbadət > Yenidən həccə getmək istəyənlər vergi verəcək - 535 dollar

Yenidən həccə getmək istəyənlər vergi verəcək - 535 dollar


6-08-2017, 13:23. Yazar: Xeberaz
Yenidən həccə getmək istəyənlər vergi verəcək

Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.
Xəbəraz.Az AZƏRTAC-a istinadən bildirir ki, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər. 
"Marva Tur" şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib. "Təəssüf ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə göndərilməyəcək", - deyə şirkətdən bildirilir.

Geri dön