Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralananlar var + Foto + Yenilənib

Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralananlar var + Foto + Yenilənib


5-08-2017, 22:34. Yazar: Xeberaz
Sumqayıtda yataqxanada partlayış
Sumqayıtda yataqxanada partlayış olub.
Xəbəraz.Az” Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.
Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.
Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.









Geri dön