Ana Sayfa > Karusel / Gündəm / M2 > "Sahil" metro stansiyası bağlanır - 1 illik

"Sahil" metro stansiyası bağlanır - 1 illik


5-08-2017, 15:36. Yazar: Xeberaz

Bakı metropoliteninin "Sahil" stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq.
Bu barədə jurnalist və aparıcı Cavid Osmanov sosial şəbəkədə yazıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  məlumatı təsdiqləyərək, "Sahil" metro stansiyasının təmir olunacağını deyib.
 
Onun sözlərinə görə, bu ayın axırı stansiyada təmirə başlanacaq. N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.


Geri dön