Ana Sayfa > Karusel / İdman > “Barselona” Neymara əvəzləyici tapdı

“Barselona” Neymara əvəzləyici tapdı


5-08-2017, 11:20. Yazar: Xeberaz


“Barselona” PSJ-yə transfer olunan Neymara əvəzləyici tapıb. 

Kataloniya klubu Dortmund “Borussiya”sının üzvü Usman Dembele ilə danışıqlar aparır. 

“Barselona” rəhbərliyinin artıq 20 yaşlı forvardla şəxsi müqaviləsinin detallarını razılaşdırdığı bildirilir. 

Keçidin rəsmiləşməsi üçün “Barsa” “Borussiya”ya 80 milyon avro ödəməyə hazırdı. 
Geri dön