Ana Sayfa > Karusel / Hadisə > Zaqatalada minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb - YENİLƏNİB

Zaqatalada minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb - YENİLƏNİB


5-08-2017, 10:57. Yazar: Xeberaz


Zaqatalada ağır yol qəzası baş verib.
 
Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax- Zaqatala - Gürcüstan magistral yolunun 108-ci kilometrliyində qeydə alınıb.
 
“VAZ-2106" markalı “62 BX 409” dövlət nömrə nişanlı minik maşının idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində avtomobilin sürücüsü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Qaracayev Taleh Aslanbəy oğlu hadisə yerində ölüb. Avtomobilin sərnişini, 1988-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Yunusov Qismət Ziyəddin oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
 
***
07:14
 
Zaqatalada ağır yol qəzası baş verib.
 
Apa-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonu, Bəhmənli kəndində, sahibi məlum olmayan "VAZ-2106" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin (naməlum kişi) cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:00-da başa çatıb.


Geri dön