Ana Sayfa > Karusel / Gündəm / Təhsil > V qrup üzrə ixtisas seçimi başlayıb - Abituriyentlərin nəzərinə

V qrup üzrə ixtisas seçimi başlayıb - Abituriyentlərin nəzərinə


5-08-2017, 00:25. Yazar: Xeberaz
V qrup üzrə ixtisas seçimi başlayıb
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün bu gündən ixtisas seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.
 
Ali məktəblərə V qrup üzrə ixtisas seçimi 10-dək aparılacaq.
 
I, II, III, IV ixtisas qruplarından hər hansı biri  və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.
 
Qeyd edək ki, iyulun 29-dan ali təhsil müəssisələrinə I – IV ixtisas qrupları üzrə ixtisas seçimi başlayıb. I – IV qruplar üzrə ixtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.
Geri dön