Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda dəhşətli qəzaya düşən vəzifəli şəxs öldü

Azərbaycanda dəhşətli qəzaya düşən vəzifəli şəxs öldü


4-08-2017, 16:52. Yazar: Xeberaz


İyunun 18-də Daşkəsəndə baş vermiş ağır yol qəzasında yaralanan vəzifəli şəxs vəfat edib.Həmin gün Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində "Hundai Sonata" ilə "Niva" markalı avtomobilın toqquşması nəticəsində ağır xəsarət alan Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğlu 2 aya yaxın davam edən müalicə prosesinə baxmayaraq vəfat edib.
 
Qeyd edək ki, F.Cəfərli hadisə vaxtı “Niva”nın sükanı arxasında olub. Hadisə vaxtı maşında onun yaxın dostu YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğlu ilə onun həyat yoldaşı, gəlini və nəvələri də olub. 


Geri dön