Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda yol qırğını: 6 ölü, 11 yaralı

Azərbaycanda yol qırğını: 6 ölü, 11 yaralı


4-08-2017, 14:58. Yazar: Xeberaz


Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər vəfat edib.Geridə qalan 24 saat ərzində Respublika yollarında 9 ciddi yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən şəxslərdən başqa daha 11 nəfər də ağır xəsarət alıb.
 
Dünən axşam paytaxtın Nərimanov rayonunda "Galendewagen"in törətdiyi qəzada 2 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Bakı-Quba yolunun Abşeron rayonundan keçən hissəsində "Qazel"lə "Mercedes"in toqquşması isə yük avtomobilindəki ata və oğlunun ölümünə səbəb olub.
 
Bundan başqa Abşeron rayonunda "VAZ 21054" markkalı avtomobil 52 yaşlı kişini vurub öldürüb. Qubada minik avtomobilinin aşması da insan təlafatına səbəb olub.
 
Hər bir faktla bağlı araşdırma aparılır.
Geri dön