Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Gelandewagen” qəzasında ölənlərin - Adları

“Gelandewagen” qəzasında ölənlərin - Adları


4-08-2017, 10:24. Yazar: Xeberaz
“Gelandewagen” qəzasında ölənlərin
Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.
Xəbəraz.Az” xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.   
Polisdən, həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 
Fotoda Mehdi Əliyevdir:
Geri dön