Ana Sayfa > Karusel / Şou-Biznes > "Bunu edənlərə çinayyət işi açılıb": Humay Muxtarova

"Bunu edənlərə çinayyət işi açılıb": Humay Muxtarova


3-08-2017, 16:49. Yazar: Xeberaz
 



Xəbər verdiyimiz kimi, ötən gün sosial mediada yayılan maşına bağlanılıb, sürütlənən itin videosuna "Lider maqazin" proqramının aparıcısı Humay Muxtarova sərt reaksiya vermişdi. Xeberaz.Az xəbər verir ki, azərbaycanlı aparıcı sosial media hesabında paylaşdığı videoda maşına bağlanınılıb, sürütlənən itə sahib çıxmasını bəyan edib: "Əziz izləyiçilərim dünən 6 saat Mərdəkanda 1 saylı polis idarəsində oldum. Bunu edənlərə çinayyət işi açılıb, məhkəmə olacaq, 70 manat cərimə ödəyiblər, əclaflar. Videonu paylaşdım ki, it sağlamdı, yaxşıdı. 3 gündən sonra iti götürüb, özüm sahiblənib bağımda baxacam. Narahat olanlara rahat olun. Şükür özüm götürəndə də video paylaşacam sizə. Allah hərkəsin köməyi olsun. Amin. Mən özüm heç vaxt reklam etməmişəm. Əməlimlə göstərirəm. Canlıları incitməyin, ən azı allahdan qorxun ".












Geri dön