Ana Sayfa > Karusel / Hadisə / Maraqlı / Foto-fakt > Bakıda sərnişin avtobusa qoyunla mindi - FOTO

Bakıda sərnişin avtobusa qoyunla mindi - FOTO


3-08-2017, 16:23. Yazar: Xeberaz

Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib. 
Bu haqda Bakı sakinlərindən biri məlumat verib: "Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyun ilə daxil oldu. Yol boyu qoyun yeri batırıb və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildiriblər ki, a kişi bu nədi? O da cavab verib qoyundu da burda nə var ki?!"
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov saytımıza bildirdi ki, heyvanla paytaxtın ictimai nəqliyyatına minmək olmaz: "Siz hansısa xarici ölkədə qoyunla avtobusa, metroya minən görmüsüz? Bu ola bilməz. Ümumiyyətlə, heyvanı daşımaq üçün xüsusi maşınlar var. Bu bir az mədəniyyət məsələsidir. İndi o adamı cəzalandırmaq da olmur. Gülməli bir haldır. Marşruta qoyun mindirmək biabırçılıqdır. Sürücü hara baxırmış? Sürücü buna niyə izn verib, onu anlaya bilmədim".(pressclub.az)





Geri dön