Ana Sayfa > Karusel / Hadisə > Bakı metrosunun sabiq rəisi vəfat etdi

Bakı metrosunun sabiq rəisi vəfat etdi


3-08-2017, 09:19. Yazar: Xeberaz

“Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.
Bu barədə “Bakı Metropoliteni” QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.
 
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.
 
Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V. Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub


Geri dön