Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Anası azərbaycanlı olan dünya şöhrətli model ikinci dəfə ərə getdi - FOTO

Anası azərbaycanlı olan dünya şöhrətli model ikinci dəfə ərə getdi - FOTO


2-08-2017, 16:25. Yazar: Xeberaz
Anası azərbaycanlı olan dünya şöhrətli model ikinci dəfə ərə getdi - FOTO
Tanınmış model Bianka Balti dünən ikinci dəfə ərə gedib.
Anası əslən azərbaycanlı olan italiyalı model 3 ildir sevgili olduğu Mett Makro ilə evlənib. Kaliforniyada baş tutan toyda cütlük bir-birinə məhəbbət və sədaqət andını Laquna çimərliyində içib.
İkinci dəfə ailə quran modelin toy şəkilləri sosial şəbəkədə paylaşılıb. Toy ABŞ-da baş tutmasına baxmayaraq italiyasayağı təşkil olunub. Dekorlar, yemək, musiqi bütün qonaqlara Aralıq dənizi ölkəsini xatırladıb.
Bianka Balti gəlinlik libasını siması olduğu “Dolce&Gabbana” moda evindən seçib. Yeri gəlmişkən bəyin kostyumunu da modelin uzun illərdir dostluq etdiyi Stefano Qabbana və Domeniko Dolçe hazırlayıb.
Məlumat üçün bildirək ki, Bianka ilə Mettin 2 yaşında Miya adında bir qızı var.
Biankanın böyük qızı Matilda isə Kristian Luççidi ilə ilk nikahından dünyaya gəlib.





Geri dön