Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > Məşhur jurnalistin evinin həyətini su basdı - VİDEO

Məşhur jurnalistin evinin həyətini su basdı - VİDEO


2-08-2017, 16:04. Yazar: Xeberaz
 
Əməkdar jurnalist Ləman Ələşrəfqızının yaşadığı evin həyətini su basıb. 
Xəbəraz.Az baku.ws-yə istinadən xəbər verir ki, o, bu baradə sosial şəbəkədə video paylaşıb. Onun sözlərinə görə, 9 nömrəli məktəbin içməli suyu həyətə sızıb:
 
"Məzuniyyətimin ilk günü. Həyətimiz Hindistanı xatırladır. Bir saatdır, həyətdən Qanq çayı axır, pəncərədən baxıram, bir nəfər səlahiyyətli yoxdur. Divarlardan axan suya tamaşa edin. Ötən ilin yayında divarın üst hissəsi aşıb. Yaxşı ki, altında uşaq-zad qalmayıb. İndi də hər cür bədbəxtlikdən sığortalanmamışıq. Neçə ildir "Azərsu"ya deyirik, gəlib bir çürük çüy vurub gedirlər". 
 
Jurnalist bildirib ki, o, binanın 1-ci mərtəbəsində yaşayır. 


Geri dön