Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > "Bilmirəm nə edim, 3 qız uşağı ilə..." - Evi külə dönən qadının FƏRYADI - VİDEO

"Bilmirəm nə edim, 3 qız uşağı ilə..." - Evi külə dönən qadının FƏRYADI - VİDEO


2-08-2017, 14:51. Yazar: Xeberaz
 
Yanğın Kürdəmir sakinini evsiz qoyub.
Xəbəraz.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə günorta saatlarında Mahirə Şirəliyevayaməxsus ümumi sahəsi 120 kv.m olan evdə qeydə alınıb.

Mahirə Şirəliyeva - ev sahibi: "Xəbər tutub çölə çıxdıq. Uşaqlarımı götürüb, zorla qaçdım. 3 göz evim, mətbəx, 3 qızıma aldığım cehiz... Allah, göydə görürsən, zülümlə, zillətlə aldığım cehiz, hər şeyim yandı. Bir az pulum, qızılım var idi. Qızılı da tapa bilmədik, yandı getdi. Bilmirəm nə edim, 3 qız uşağı ilə. Yoldaşım da rəhmətə gedib".

Arifə Rəhimova - qonşu: "Hamı evdə idi. Saat 4 idi. Çıxdıq çölə ki, o "guppa-gup" nədi. Çıxdıq çölə ki, Xudaya, şiferlər necə partlayır. Qapıdan toyuqlar da qaçdı".

Yanğınsöndürənlər alovun bitişik evə keçməsinin qarşısını alıblar.


Geri dön