Ana Sayfa > Karusel / Hadisə > Küləkli havada dənizdə batmış gəncin cəsədi tapıldı

Küləkli havada dənizdə batmış gəncin cəsədi tapıldı


2-08-2017, 14:06. Yazar: Xeberaz


Bu gün səhər saatlarında dənizdə cəsəd aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, cəsəd iyulun 30-da Abşeron rayonu, Goradil kəndində dənizdə batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Teymurov Müşfiq Teymur oğluna məxsus olub.
Məlumata görə, cəsəd Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Geri dön