Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Türkiyə "Eurovision"a qayıtdı - təmsilçi də bəlli oldu

Türkiyə "Eurovision"a qayıtdı - təmsilçi də bəlli oldu


2-08-2017, 13:14. Yazar: Xeberaz

Türkiyə "Eurovision"a qayıtdı - təmsilçi də bəlli oldu
Türkiyə "Eurovision"a qayıtmaq barədə qərar verib.

Bu barədə TRT-nin İdarə Heyətindən bildirilib. Beləliklə, 2018-ci ildə Türkiyə Portuqaliyanın Lissabon şəhərində keçiriləcək müsabiqədə iştirak edəcək.

Ölkəni "Manga" qrupu təmsil edəcək. Qrup artıq ikinci dəfə "Eurovision" səhnəsinə çıxacaq. Onlar bundan əvvəl 2010-cu ildə keçirilən müsabiqədə ikinci pilləni tutmuşdular.

Qeyd edək ki, Türkiyə ilk dəfə 1975-ci ildə müsabiqəyə qatılıb və ölkəni Semiha Yankın təmsil edib. Sonuncu dəfə isə 2012-ci ildə Bakıda keçirilən "Eurovision"da Can Bonomo ilə iştirak edib.

Geri dön