Ana Sayfa > Karusel / Gündəm > Sabahdan havanın temperaturu dəyişir - PROQNOZ

Sabahdan havanın temperaturu dəyişir - PROQNOZ


2-08-2017, 12:42. Yazar: Xeberaz




Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin  axşam yarımadanın bəzi yerlərində qısamüddətli  yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  23-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  34-36° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq.   Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,  Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
 
 
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40° isti,  dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.





Geri dön