Ana Sayfa > Karusel / Gündəm / İdman > Qurban Qurbanov: "Futbolçular layiqli qələbə qazandılar"

Qurban Qurbanov: "Futbolçular layiqli qələbə qazandılar"


2-08-2017, 12:17. Yazar: Xeberaz




"QarabağÇempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə "Şerif"i 2:1 hesabıyla məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun oyunsonrası mətbuat konfransındakı fikirlərini təqdim edirik:
"Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm".



Geri dön