Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Tolik: “Müəllim işləyən anamın qarmonunu satdım”

Tolik: “Müəllim işləyən anamın qarmonunu satdım”


2-08-2017, 12:14. Yazar: Xeberaz





Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə anasının fotosunu paylaşaraq xatirəsini bölüşüb. 
O, anasının qarmonunu satdığını və buna görə indi peşman olduğunu etiraf edib: “Canım anam illərlə qarmon müəlliməliyi etdi. Tələbələri də var. İndi də onlardan bəzilərini görürəm. Almaniyaya yaşamağa gedəndə mən onun qarmonunu satdım. Bu, çoxdan – bəlkə də 20 il bundan qabaq olub. Amma indi o qarmonu tapsaydım, alıb anama hədiyyə edərdim. Bu, anama ən böyük hədiyyə olardı. Uşaqlıqda insan çox səhv edə bilər. Allah anama can sağlığı versin”.





Geri dön