Ana Sayfa > Karusel / Hadisə > Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü

Bakı yaxınlığında faciə: təmir edilən yolda 2 nəfər öldü


2-08-2017, 11:50. Yazar: Xeberaz
Dünən Bakı-Şamaxı yolunun 19-21 kilometrliyində 2 piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib. Yolun 19,3-cü kilometrliyində "Opel" markalı minik avtomobili 33 yaşlı kişini vurub öldürüb. Magistralın 21,5-ci kilometrliyində isə "QAZ 33" markalı avtomobil 30-35 yaşlı kişini vurub öldürüb.
 
Bildirilir ki, Bakı-Şamaxı yolunun qeyd edilən hissəsində hazırda təmir işləri həyata keçirilir və orada yolu keçmək piyadalar üçün çox təhlükəlidir.
 
Hər iki faktla bağlı araşdırma aparılır.











Geri dön