Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Məhkəmə zalında atışma açıldı: 3 ölü - Moskvada - VİDEO

Məhkəmə zalında atışma açıldı: 3 ölü - Moskvada - VİDEO


1-08-2017, 17:27. Yazar: Xeberaz
 

Rusiya İstintaq Komitəsinin verdiyi son məlumata görə, atışma nəticəsində Rusiya qvardiyasının bir əməkdaşı yaralanıb.
Üç cinayətkar öldürülüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xəbəraz.Az trend-ə istinadən bildirir ki, komitənin verdiyi məlumatda iki müşayiətçinin çoxsaylı xəsarətlər aldığı, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda müşayiətçilərdən biri polisə ifadə verir.

Moskva vilayət məhkəməsində atışma baş verib.
Xəbəraz.Az trend-ə istinadən bildirir ki, atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb.
Moskva vilayətində məhkəmə zamanı baş vermiş atışma zamanı cinayətkar qruplaşmanın 4 üzvü zərərsizləşdirilib.
Son məlumata görə, təqsirləndirilən şəxslərdən biri onları müşayiət edən mühafizəçidən silahı alaraq atəş açmağa başlayıb.
Vəkillərdən birinin sözlərinə görə, 20-yə yaxın atəş səsi eşidilib.
Hadisə ilə əlaqədar məhkəmə binası boşaldılıb.


Geri dön