Ana Sayfa > Karusel / Qadınlar / Maraqlı > Velosiped sürən xanımlar, bu yazını MÜTLƏQ OXUYUN

Velosiped sürən xanımlar, bu yazını MÜTLƏQ OXUYUN


1-08-2017, 12:19. Yazar: Xeberaz





Velosiped sürməyin sağlamlığa çox faydalı olduğu hər kəsə bəllidir.
Ancaq aparılan son araşdırmalara görə, velosiped sürmək qadınlara məsləhət görülmür.
 
Ingilis ginekoloq Pradnya Pisal açıqlamasında bildirib ki, həm qadınlar, həm də kişilər velosipedə mindikdə genital orqanlarında müəyyən narahatlıqlar yaşayır. O vurğulayıb ki, xüsusilə bu hal qadınlarda çox ciddi problemlər ortaya çıxara bilər.
 
Velosipedə minərkən genital bölgəyə təsir edən basqı labianın şişməsinə, vaginal irritasiyaya və sidik kisəsində problemlərə səbəb olur. Bunun səbəbi velosipedə minərkən vaginanın qadının bədən ağırlığının 40 faizini daşımasıdır.
 
P.Pisal bu vəziyyəti belə açıqlayır: "Bütün velosipedçilər, qadın və ya kişi fərqi yoxdur, genital bölgələri ilə əlaqədar problem yaşayırlar. Qadın velosipedçilər arasında ən geniş yayılan problemlər bişməcə, ağrı, həssaslıq, keyimə, labia genəlməsi, vaginal irritasiya, vaginal infeksiya və sidik yolu infeksiyasıdır".
 
Bildirək ki, bundan əvvəl aparılan araşdırmalar da Pisalın açıqlamalarını dəstəkləyir. Belə ki, Yale Universitetində 2016-cı ildə aparılan araşdırmaya görə, bir həftədə 100 mildən çox velosiped sürmək genital hissi azaldır. Ağrının və hissizliyin artması da cinsi fəaliyyətin pozulmasına yol açır.
 
Mütəxəssislər bəzi qadınların daha rahat velosiped sürə bilmək üçün cərrahi əməliyyat etdirdiklərini və bu qadınların sayının getdikcə artdığını bildiriblər. Bu genital əməliyyat sürtünmənin və əzilmənin qarşısını almaq üçün labianın bir hissəsinin  kəsilərək alınmasıdır. 












Geri dön