Ana Sayfa > Karusel / Hadisə / M2 > “İdman Azərbaycan” kanalına 100 min cərimə

“İdman Azərbaycan” kanalına 100 min cərimə


1-08-2017, 11:45. Yazar: Xeberaz
“İdman Azərbaycan” kanalına 100 min cərimə


Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı olan “Şerif” – “Qarabağ” oyununu “İdman Azərbaycan” kanalı yayımlamaq istəsə də, moldovalılar bunun üçün telekanaldan yüksək məbləğdə ödəniş tələb ediblər.
Moldovada matçı canlı göstərəcək televiziya Azərbaycan tərəfindən 100 min manat tələb edib.
Məlumatı saytımıza “İdman Azərbaycan”ın şərhçisi Siyavuş Əliyev də təsdiqləyib: 

“Hələ ki, yenilik yoxdur. İndiki halda oyunun canlı yayımlanması real görünmür”.
Məlumat üçün bildirək ki, canlı yayımla bağlı problem Moldova tərəfindən qaynaqlanır.  "Qarabağ" isə hələ də qarşı tərəflə danışıqları davam etdirir.
Digər tərəfdən maraqlı məqam odur ki, Moldovada oyunu yayımlayacaq kanal matçı HD keyfiyyətdə təqdim edə bilməyəcək.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu bu gün Bakı vaxtilə saat 21:00-da başlayacaq.qafqazinfo







Geri dön