Ana Sayfa > Karusel / Gündəm > Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı - “Harınlamış uşaq deyiləm”

Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı - “Harınlamış uşaq deyiləm”


31-07-2017, 23:11. Yazar: Xeberaz
Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı
Xəbər verdiyimiz kimi, Şəmkirdə daha bir səs-küylü toy mərasimi keçirilib.
Həmin dəbdəbəli toyun bəyi Natiq Musayev onun haqqında yazılanlara münasibət bildirib:
"Burada nə var ki?! Mustafa (türk müğənni Mustafa Ceceli) toyuma gəlib də... Dəbdəbəli yox, normal toy idi. Mətbuatda şişirdilib yazılır. Mən hər gün saat 6-da durub işə gedirəm. Əziyyət çəkib pul qazanıram. Harınlamış uşaq deyiləm”.
O, Mustafa Cecelinin əmisi tərəfindən toya hədiyyə edilməsi iddiası haqda da danışıb: "Atamla əmim mənim üçün eyni adamlardır. Atam, mən və əmim bir yerdə işləyirik”. 
Geri dön