Ana Sayfa > Karusel / Gündəm > Tarixi transferə sayılı günlər

Tarixi transferə sayılı günlər


31-07-2017, 11:30. Yazar: Xeberaz

"Barselona"nın və Braziliya millisinin üzvü Neymarın "PSJ"yə keçidi rəsmiləşir.
Futbolçu avqustun 2-də tibbi müayinədən keçəcək.
Bu barədə "Marca" məlumat yayıb. Həmin gün "PSJ"nin prezidenti Nasir əl-Xelayfi ilə görüşəcək Neymar bundan sonra rəsmi müqavilə imzalayacaq.
İddialara görə, "PSJ" "Barselona"ya 222 milyon transfer, Neymara 100 milyon milyon imza haqqı ödəyəcək. İldə 30 milyon avro maaş alacaq braziliyalı Qətərdə keçiriləcək dünya çempionatının səfiri olacaq və 5 ildə əlavə 300 milyon avro qazanacaq. 
Geri dön