Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Lənkəranda 6 günlük körpəni oğurlayıb öldürən öz atasıdır? - Yenilənib

Lənkəranda 6 günlük körpəni oğurlayıb öldürən öz atasıdır? - Yenilənib


30-07-2017, 16:30. Yazar: Xeberaz
Lənkəranda 6 günlük körpəni oğurlayıb öldürən öz atasıdır?
Lənkəranda  6 günlük körpə öldürülərək quyuya atılıb.
 
Xəbəraz.az”ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Darquba kəndində qeydə alınıb.
 
Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi  bu gün quyuda aşkar edilib.
 
Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.
 
Qeyd edək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub.
***
Lənkəran rayonunun Darquba kəndində körpə ölümü hadisəsi baş verib. 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.
“Report” xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Adı hələ ki, məlum olmayan ana uşağı yedizdirdikdən sonra yatıb. Yuxudan oyandıqda isə körpəni yanında görməyib. Onunla bir otaqda qayınanasının yatdığı bildirilir. Qadının həyat yoldaşı digər otaqda yatıb.
Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ondan böyüyünün 4 yaşı var.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.
***
Lənkəranda 6 günlük körpənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Report” un verdiyi xəbərə görə, həyətdəki su quyusuna atılaraq boğulan körpənin bu gün altıaxşam şadlıq məclisi olmalı imiş. Belə ki, ailə üzvləri lənkəranlı olsalar da Bakıda yaşayırlar. Lənkərana da digər yaxın qoumlarla birlikdə gəliblər.
Ümumiyyətlə, hadisə baş verən gecə, yəni 29 iyul tarixində evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və 10-a yaxın digər yaxın qohumlar olub. Anası körpəni yedizdirdikdən sonra yuxuya getdiyi zaman beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının atanın ağlına gəlməsi müəyyən şübhələr yaradır. Bu körpənin ailədə dörd ildən sonra dünyaya gələn təkrar qız övladının olması da ailədə bu qız uşağının dünyaya gəlişinə sevinməyənlərin olduğunu fikirləşməyə əsas verir. Elə bu səbəbdən də artıq bir neçə nəfər ifadəsi alınması üçün sorğuya alınıb.
Qeyd edək ki, bu körpə sərbəst güləş üzrə milli yığmamızın məşqçisi Aslan Ağayevin bacısı nəvəsidir. Körpənin atası Lənkəranın Darquba kəndindən, anası isə Astara rayonundandır.
Geri dön