Ana Sayfa > Karusel / İdman / Xəbəraz TV > Beynəlxalq Çempionlar Kuboku:“Barselona” qalib gəldi

Beynəlxalq Çempionlar Kuboku:“Barselona” qalib gəldi


30-07-2017, 09:53. Yazar: Xeberaz


Bu gecə Beynəlxalq Çempionlar Kuboku-2017 turniri çərçivəsində “Barselona” - “Real” (Madrid) matçı keçirilib. ABŞ-ın Mayami şəhərində baş tutun qarşılaşmada “Barselona” əzəli rəqibini 3:2 hesabı ilə məğlub edib.
 
Kataloniyalıların heyətində qolları Lionel Messi (3 dəq.), İvan Rakitiç (7) və Jerar Pike (50) vurub. “Real”ın heyətində Mateo Kovaçiç (14) və Marko Asensio (36) fərqlənib.
 
Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku-2017 turnirində 14 Avropa klubu iştirak edir. Yarışlar 3 ölkədə - ABŞ, Çin və Sinqapurda keçirilir. Bu gün turnirin son matçında İtaliyanın “Yuventus” və “Roma” klubları üz-üzə gələcək.



Geri dön