Ana Sayfa > Karusel / İdman / M2 / Foto-fakt > İtaliya finalda, millimiz İspaniyaya uduzdu
İtaliya finalda, millimiz İspaniyaya uduzdu27-06-2015, 22:16. Yazar: Xeberaz |
I Avropa Oyunlarında çimərlik futbolu yarışları davam edir. "Bakı-2015" I Avropa Oyunlarında çimərlik futbolu yarışları davam edir. ANS PRESS-in məlumatına görə, bu gün yarımfinal və 5-8ci yerlər uğrunda oyunlar keçirilir. A qrupunda sonuncu olan Azərbaycan millisi 5-8-ci yer uğrunda İspaniya ilə qarşılaşıb və 1:3 hesabı ilə yenilib. Komandamızın yeganə qoluna Sabir Allahquliyev deyib. Ukrayna isə Macarıstanı 4:2 hesabı ilə yenib. Sabah yığmamız 7-ci yer uğrunda Macarıstanla qarşılaşacaq. Ukrayna və İspaniya ilə 5-ci yer uğrunda oyuna çıхacaq. Yarımfinalda isə İtaliya İsveçrəni, Portuqaliya Rusiyanı sınağa çəkəcək. Çimərlik futbolu 27 iyun 5-8-ci yerlər uğrunda Ukrayna - Macarıstan 4:2 İspaniya - Azərbaycan 3:1 Yarımfinal İtaliya - İsveçrə 7:4 20.30 Portuqaliya - Rusiya Geri dön |