Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Livan 17 İŞİD üzvünü edam edəcək

Livan 17 İŞİD üzvünü edam edəcək


19-03-2015, 21:23. Yazar: Xeberaz
Livan 17 İŞİD üzvünü edam edəcək

Müxtəlif ittihamlarla günahlandırılan İŞİD üzvləri edam ediləcək

Xeberaz.az -ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Livan Hərbi Prokurorluğu İŞİD-ə üzv olmaq və orduya qarşı vuruşmaq ittihamlarıyla 17 İŞİD üzvünün edam edilməsini tələb edib. Prokuror Fadi Savan İŞİD üzvü olmaq, terror aktlarında iştirak etmək, Tripoli şəhərində orduya qarşı vuruşmaq və öldürməyə təşəbbüs ittihamlarıyla 6-sı həbs edilmiş olmaqla, 17 İŞİD-çinin edamı haqda qərar qəbul edib. Prokurorun sözlərinə görə, digər 11 İŞİD üzvünün axtarışı barədə təlimat verilib.
Geri dön