Ana Sayfa > Karusel / Qadınlar / Maraqlı > Üzdəki qara nöqtələri yox edən - MASKA

Üzdəki qara nöqtələri yox edən - MASKA


29-07-2017, 12:48. Yazar: Xeberaz




Yağlı dəriyə sahibsinizsə, qara nöqtələrin problem yaratdığını bilirsiniz. Dəri üzərində əmələ gələn qara nöqtələrdən maskalar vasitəsi ilə xilas ola bilərsiniz.
Qara nöqtələr üçün yumurta və gil maskası təqdim edirik.

Yumurta ağının iki önəmli təsiri var. Bunlardan biri məsamələri təmizləyib qara nöqtələrdən xilas olmaq, ikincisi isə dərini sıxlaşdıraraq gələcəkdə qara nöqtə əmələ gəlməsini əngəlləməkdir.

Maska yumurta ağından hazırlanır. Bir ədəd yumurtanın sarısı ilə ağını bir-birindən ayırın. Ağını qarışdırıb göz və dodaq bölgəsi xaric qalan yerlərə tətbiq edin. 10-15 dəqiqə saxladıqdan sonra yuyub nəmləndirici vurun.

Qeyd edək ki, 3 dəfə tətbiq etdikdən sonra dəriniz daha yumşaq və canlı görünəcək.

Qara nöqtələrdən xilas olmaq üçün gil maskası tətbiq edə bilərsiniz. Gilin içərisinə su əlavə edin və məcun halına gələnə qədər qarışdırın. Göz və dodaq bölgəsi xaric tətbiq edin. 10 dəqiqə üzünüzdə saxladıqdan sonra yuyun. Daha sonra nəmləndirici sürtün.

Diqqət: Gil maskası dərini qurutduğu üçün həftədə ən azı iki dəfə tətbiq edilməlidir. Gil üzünüzdə uzun müddət qaldıqda qatılaşır və dərini qurudur. Bu səbəblə, çox qurumağını gözləmədən yuyun.metbuat.az





Geri dön