Ana Sayfa > Karusel / İdman > "Şerif" - "Qarabağ": hakimlər müəyyənləşdi

"Şerif" - "Qarabağ": hakimlər müəyyənləşdi


29-07-2017, 11:32. Yazar: Xeberaz


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Şerif" (Moldova) - "Qarabağ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Matçı İsrail Futbol Federasiyasından Roy Reynşreyber idarə edəcək. Ona Amihay Yehoşua Mozes və Dan Ukenik köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü avqustun 1-i keçiriləcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb.
Geri dön