Ana Sayfa > Karusel / Siyasət > Deputat: "Gələcəkdə bizi böyük uğurlar gözləyir"

Deputat: "Gələcəkdə bizi böyük uğurlar gözləyir"


28-07-2017, 16:46. Yazar: Xeberaz

"Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemlər olsa da, Prezident İlham Əliyev ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir".
Xəbəraz.Az xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, sosial problemlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib.
R.Rzayev əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb.
Hazırda Azərbaycanda qeyri-neft sektorunun genişlənməsinə böyük diqqət ayrıldığını deyən R.Rzayevin sözlərinə görə, ötən illər ərzində ölkədə insan resurslarının inkişafına xüsusi önəm verilib: "Bu sahədə çox ciddi işlər görülüb. Əminəm ki, gələcəkdə bizi böyük uğurlar gözləyir".
Geri dön