Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Biləsuvarda 9 yaşlı qızı güllələyən dayısı oğlu imiş - YENİLƏNİB

Biləsuvarda 9 yaşlı qızı güllələyən dayısı oğlu imiş - YENİLƏNİB


28-07-2017, 14:10. Yazar: Xeberaz

13:43
Biləsuvarda əlində silah açılan 7 yaşlı oğlan güllələdiyi qızın dayısı oğlu imiş.
Bədbəxt hadisə həyatını itirmiş qızcığazın evində baş verib.
Belə ki, bibisigilə qonaq gəlmiş 2010-cu il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu evdə olan ov tüfəngi ilə oynamaq istəyərkən ehtiyatsızlıqdan atəş açılaraq bibisi qızı, 2008-ci il təvəllüdlü Qasımova Səbinə Elşən qızını öldürüb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.
--------
11:27
Biləsuvar rayonunda güllələnərək öldürülən şəxsin adı açıqlanıb.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, bu, 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızıdır.
Onu qohumu 2008-ci il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu ov tüfəngi ilə güllələyərək öldürüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
---------
11:22
Biləsuvar rayonunda güllələnmə olub.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini qohumu tərəfindən güllələnərək öldürülüb.
Faktla bağlı araşdırma aparılır.
Geri dön