Ana Sayfa > Karusel / Gündəm / Fotogalereya > Boksda daha bir medal qazandıq

Boksda daha bir medal qazandıq


27-06-2015, 21:01. Yazar: Xeberaz
Boksda daha bir medal qazandıq
Xaybula Musalov finalda 22 yaşlı irlandiyalı Maykl O Reylli ilə qarşılaşıb.
Birinci Avropa Oyunlarında boks üzrə yarışların sonuncu mərhələsi başa çatıb. ANS PRESS-in məlumatına görə, Azərbaycanı 75 kq çəki dərəcəsində təmsil edən boksçu Xaybula Musalov bu gün final görüşünə çıxıb.

İdmançımız Avropa Oyunlarının qızıl medalına yiyələnmək üçün finalda 22 yaşlı irlandiyalı Maykl O Reylli ilə qarşılaşıb. Maraqlı və gərgin keçən görüş 2:1 hesabı ilə boksçumuz məğlub olub və gümüş medala yiyələnib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 20-ci qızıl medaldır. Bokçularımızın payına isə 5 qızıl medal düşür.
Geri dön